<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Müqəddəs Ruh bizim müəllimimiz,
 Ruhun bəhrəsini yetişdirəndir.
 Bu həyatda yol göstərən bələdçimiz,
 Hər anda dayağımız, köməyimizdir.
 Müqəddəs yol ilə bizi aparıb,
 Göylərə-Məsihə çatdıracaqdır.
 Gözlə görünməyən o Vətənimizə,
 Atanın yanına qaldıracaqdır.

[C1]
   Müqəddəs Ruh - İzzət Ruhu,
   Müqəddəs Ruh - Həqiqətdir.
   Müqəddəs Ruh - Məsih Ruhu
   Oğulluğa şəhadətdir.

[V2]
 Müqəddəs Ruh ilə möhürlənərək,
 Övladlıq adını daşıyırıq biz.
 Müqəddəs Ruh ilə dolub daşaraq,
 Rəbb İsa Məsihlə danışırıq biz.

[V3]
 Var olan Müqəddəs Üçlüyün biri
 Bizdə məskən salıb, bizdə yaşayır.
 Atanın, Oğulun iradəsini
 Hər qəlbə, ürəyə O açıqlayır.

[C2]
   İmanla möhkəmlət ruhumuzu Sən,
   Kömək et geyinək o zirehləri.
   Allahın Sözüylə silahlanaraq,
   Qəti addımlarla gedək irəli.</lyrics>
<title>Müqəddəs Ruh bizim müəllimimiz İL203</title>
<hymn_number>203</hymn_number>
</song>